84 yaşlı amerikalı multimilyarder, media maqnatı Rupert Merdok özündən 25 yaş kiçik sabiq model Cerri Holla evlənib.
Milli.Az Yahoo News-a istinadən bildirir ki, toy Londonda, 18-ci əsrdə inşa olunmuş "Spencer House" malikanəsində olub.
84 yaşlı Merdok artıq 4-cü dəfədir ki ailə qurur. Onun üçüncü arvadı Vendi Denq idi. Merdok ikinci arvadını boşayandan cəmi üç həftə sonra Denqlə evlənmişdi.
Hazırda Merdokun 3 arvaddan 6 övladı var.
59 yaşlı Cerri Holl isə ilk rəsmi nikahındadır. O, 20 il idi ki, "The Rolling Stounes" qrupunun vokalisti Mik Caqqer ilə qeyri-rəsmi nikahda idi. 1990-cı ildə onlar İndoneziyanın Bali adasında nikaha girsələr də, bu izdivac Britaniyada qanuni sayılmayıb. Caqqer və Holl 1999-cu ildə ayrılıblar. Onların 4 övladları var.
Caqqerə qədər Holl "Roxy Music" qrununun frontemni Brayan Ferri ilə birlikdə idi.
1979-cu ildə yaradılmış "News Corporation"un sahibi Rupert Merdokun 11,6 milyard dollarlıq varidatı var. Bu korporasiya 5 ölkədə 120 qəzetə (o cümlədən The Wall Street Journal, The New York Post və The Sun-a), Fox News telekanalına, ABŞ, Avropa, Latın Amerikası, Afrika və Asiyada kabel televiziyaları şəbəkəsinə malikdir.
Bu gün səhər saatlarında Londonda, Flit Strit küçəsindəki "St Bride's Church" kilsəsində Rupert Merdokla Cerri Hollun nikah mərasimi olacaq. Bu kilsə "jurnalistlər kilsəsi" kimi tanınır. Kilsənin girişində Rupert Merdokun atası, ser Kit Merdokun adı yazılmış lövhə də var.
Nikah mərasimində Merdok və Hollun övladları da olacaqlar. Dəvət almış qonaqlar arasında Merdokun övladlarından birinin "xaç atası", aktyor Hyu Cekman və aktrisa Nikol Kidman da yer alacaqlar.
Milli.Az


































