A+
A–

Neftçala, 7 mart , Mahir Babayev, AZƏRTAC
Neftçalada 8 mart - Beynəlxalq Qadınlar Günü münasibətilə keçirilən tədbirdə qadınların rayon həyatının bütün sahələrində fəal iştirakı qeyd olunub.
AZƏRTAC xəbər verir ki, tədbirdə respublikada həyata keçirilən quruculuq işlərində ölkə qadınlarının yaxından iştirak etdiyi, ictimai-siyasi və sosial-iqtisadi həyatda onların fəallığının ilbəil artdığı vurğulanıb. Qeyd olunub ki, ümummilli lider Heydər Əliyevin formalaşdırdığı dövlət qadın siyasəti nəticəsində qadınlar bu gün təkcə paytaxtda deyil, həm də regionlarda dövlət strukturlarında geniş təmsil olunurlar.
Müstəqil dövlətimizin möhkəmlənməsində mühüm rol oynayan qadınlarımız, eyni zamanda, bir ana kimi daim ailənin keşiyində dayanırlar.
Sonra rayonun ictimai -siyasi həyatında fərqlənən qadınlara icra hakimiyyətinin Fəxri fərmanları və hədiyyələri təqdim olunub.
Tədbir maraqlı konsert proqramı ilə davam edib.

AZERTAG.AZ :Neftçala qadınları rayon həyatının bütün sahələrində fəal iştirak edirlər