A+
A–

Gəncə, 7 mart, Rauf Hacıyev, AZƏRTAC
Tariximizin neçə-neçə şanlı səhifəsi qadınlarımızın adı ilə bağlıdır. Xalqımızın təfəkküründə ana adı həmişə Vətənlə yan-yana çəkilib. Azərbaycan qadını ölkəmizin ictimai-siyasi, iqtisadı və mədəni həyatında fəal iştirak etməklə taleyüklü məsələlərin həllinə sanballı töhfələr verib. Dövlət quruculuğunda onun yüksək ehtirama layiq adı müstəqillik ideyası ətrafında sıx birləşən xalqımızın və cəmiyyətimizin aparıcı qüvvəsi kimi hörmətlə çəkilib.
AZƏRTAC xəbər verir ki, bu sözlər martın 7-də Gəncə Dövlət Dram Teatrında 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə keçirilən ümumşəhər tədbirində şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev tərəfindən səsləndirilib.
Tədbirdə AMEA-nın Gəncə bölməsinin akademik katibi Fuad Əliyev, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, AMEA-nın müxbir üzvü İbrahim Cəfərov, Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov, Azərbaycan Texnologiya Universitetinin rektoru Akif Süleymanov, Milli Məclisin deputatı Naqif Həmzəyev qadınları bayram münasibətilə təbrik edib, onlara işlərində və şəxsi həyatlarında uğurlar arzulayıblar.
Daha sonra Gəncənin ictimai-siyasi həyatında fəallıq göstərən bir qrup qadına fəxri fərman və qiymətli hədiyyələr təqdim olunub.
Tədbirin rəsmi hissəsindən sonra Göygöl Dövlət Mahnı və Rəqs Ansamblı konsert proqramı ilə çıxış edib.
AZERTAG.AZ :Gəncənin ictimai-siyasi həyatında fəallıq göstərən bir qrup qadın təltif olunub
Gəncənin ictimai-siyasi həyatında fəallıq göstərən bir qrup qadın təltif olunub
Gəncənin ictimai-siyasi həyatında fəallıq göstərən bir qrup qadın təltif olunub
Gəncənin ictimai-siyasi həyatında fəallıq göstərən bir qrup qadın təltif olunub
Gəncənin ictimai-siyasi həyatında fəallıq göstərən bir qrup qadın təltif olunub