A–
Bakı, 9 mart, AZƏRTAC
Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov Siyəzən şəhərində yerləşən Heydər Əliyev Mərkəzində martın 11-də vətəndaşlarla nəzərdə tutulumuş görüşünün tarixi martın 16-na dəyişdirilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, görüş zamanı Siyəzən, Şabran, Xızı, Xaçmaz, Quba və Qusar rayonları sakinlərinin şikayət və müraciətləri nazir tərəfindən dinləniləcək, lazımi tədbirlər görüləcək.
Vətəndaşlardan qeydiyyatdan keçmək üçün ekologiya.nazirliyi@gmail.com və ecologiya.nazirliyi@eco.gov.az elektron poçt ünvanları, ETSN-in “Qaynar xətt”i (168), həmçinin 5 saylı ekologiya və təbii sərvətlər şöbəsi (telefonlar: 050-338-20-66, 055-768-19-10, 023-323-00-14) ilə əlaqə saxlamaları xahiş olunur.
AZERTAG.AZ :Ekologiya və təbii sərvətlər nazirinin Siyəzəndə vətəndaşlarla görüşünün tarixi dəyişdirilib