[ 18 Fevral 2015 11:14 ]
Bakı. Fuad Cəfərov – APA. Bakıda baş verən qətl hadisəsinin üstü açılıb.
Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, həyata keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində 1981-ci il təvəllüdlü Rasim Təmraz oğlu Mustafayev saxlanılıb.
Qeyd edək ki, hadisə ötən gün rayonun Bibiheybət qəsəbəsi, 2-ci Bibiheybət döngəsi, ev 19-da qeydə alınıb.
1981-ci il təvəllüdlü R. Mustafayev 1994-cü il təvəllüdlü Elvin Hüseynlini və onun bacısı, 1982-ci il təvəllüdlü Türkan Hüseynovaya bıçaq xəsarətləri yetirib. Nəticədə E. Hüseynli xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib, T. Hüseynova isə xəstəxanada yardım göstərilərək evə buraxılıb.