Nazir deyib ki, iri taxılçılıq təsərrüfatlarının yaradılması üçün dövlət tərəfindən lazımı tədbirlər görüləcək və köməklik ediləcək.
H.Əsədovun sözlərinə görə, Beyləqan və Ağcabədi rayonlarında yaradılan pilot taxılçılıq təsərrüfatlarında hər il yüksək məhsul götürülür: "Buna görə də, imkan daxilində iri təsərrüfatların sayı artırılır".
Bu il havaların yaxşı keçdiyini qeyd edən nazir əlavə edib ki, bu cür iqlim şəraiti taxılçılığa yaxşı təsir göstərib. H.Əsədov hesab edir ki, fermerlər aqrotexniki qaydalara vaxtında əməl edərlərsə, ötən ilə nisbətən bu il daha çox məhsulun əldə edilməsi mümkün olacaq.