A–
Ağsu, 11 mart, AZƏRTAC
Prezident İlham Əliyevin göstərişinə əsasən, bu il fevralın 15-dən etibarən ölkə vətəndaşlarının növbəti kütləvi tibbi müayinəsi aparılır. Bu humanitar aksiya Ağsu rayonunda da müvəffəqiyyətlə davam etdirilir.
AZƏRTAC xəbər verir ki, sakinlər mərkəzi rayon xəstəxanasında, eləcə də 10 həkim məntəqəsində müayinə olunurlar. Mərkəzi rayon xəstəxanasında ayrı-ayrı ixtisaslardan olan xüsusi həkim briqadası fəaliyyət göstərir. Bu qrup müayinəyə gələ bilməyən ahıl insanlara evlərində xidmət edir.
Qeyd edək ki, rayon üzrə 77 min 155 nəfər müayinə olunmalıdır. İndiyədək əhalinin 25333 nəfəri tibbi müayinədən keçirilib. Onlardan 4138 nəfəri ambulator, 172 nəfəri stasionar müalicəyə cəlb olunub. 197 nəfər isə Bakı şəhərinə, ixtisaslaşdırılan klinikalara göndərilib.
Sakinlər onların sağlamlığına göstərdiyi diqqət və qayğıya görə bu xeyirxah kampaniyanın təşəbbüsçüsü Prezident İlham Əliyevə minnətdarlıq edirlər.
AZERTAG.AZ :Ağsu: bu günədək 25333 nəfər kütləvi tibbi müayinədən keçirilib