O, kimlərə söz atdı?
Milli.Az gecce.az-a istinadən xəbər verir ki,"Səbəbkar" verilişinin qonağı olan xalq artisti Nisə Qasımova həmkarlarını sərt tənqid edib.
“Vaxtilə mənə çox zərbə vuran olub. Onlarla mübarizə aparmağa gücüm yox idi. Rayonlara qastrollara gedirdik, çox vaxt mehmanxanada qalırdıq. Məni ləkələmək üçün həmin insanlar əllərindən gələni edirdilər. Buna nail olmaqlarına icazə vermədim. Buna görə də adımı “xuliqanka” qoymuşdular. Bilirsiniz niyə? Otağımın qapısını döyüb içəri girmək, mənə eşq elan etmək istəyənlər vardı. Məqsəd də mənə əxlaqsızlıq damğası vurmaqları idi. Elə gün olurdu ki, səhərədək gözümü qırpmadan qapıya baxırdım. Elə bilirdim, kimsə içəri girəcək. Həddini aşan adamı vururdum, buna görə mənə “xuliqanka” deyirdilər. Mütləq əxlaqsız olmalıydın, kiminsə sevgilisi olub, başqasının ailəsini dağıtmalıydın. Amma mən axıradək əxlaqımı qoruyub saxladım”.

Milli.Az