A–
Bakı, 14 mart, AZƏRTAC
Səhiyyə Nazirliyi mütəxəssislərin hazırlıq səviyyəsinin artırılması məqsədilə regionlarda tədbirləri davam etdirir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, bu silsilədən olan növbəti tədbir M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin kardiocərrahiyyə şöbəsinin mütəxəssisləri tərəfindən Göyçay şəhərində keçirilib.
“Bradikardiyaların müalicəsində süni ritm aparıcılarının tətbiqi” mövzusuna həsr olunmuş elmi seminarda Göyçayla yanaşı, Zərdab, Beyləqan və Ucar rayonlarından olan tibb işçiləri iştirak ediblər. Bu qəbildən olan seminarların
gələcəkdə də keçirilməsi nəzərdə tutulur.
Səhiyyə Nazirliyi kadr hazırlığına böyük əhəmiyyət verir. Bu sıradan olan tədbirlər çərçivəsində ölkədə səhiyyə mütəxəssislərinin sertifikasiyası həyata keçirilir, həkimlər və orta tibb heyəti müxtəlif təlimlərə cəlb olunur, onlar üçün ixtisasartırma kursları təşkil edilir.
AZERTAG.AZ :Regionlarda tibb işçilərinin hazırlıq səviyyəsi artırılır