Dünən Ankarada baş verən terrorda "Qalatasaray futbol komandasının oyunçusu Ümid Buludun atası Kamal Bulud da dünyasını dəyişib.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatınz görə, futbolçu xəbəri təsdiqləyib. K.Bulud hadisədən əvvəl Qalatasaray-Gənclərbirliyi qarşılaşmasında oğlunu izləyib, oyundan sonra onunla görüşüb.
Avtomobilini götürmək üçün Kızılay meydanına gedərkən isə partlayış baş verib. Komandanın üzvləri hadisə ilə bağlı Umut Buluta başsağlığı veriblər.
Qeyd edək ki, terror aktı nəticəsində 37 nəfər ölüb, 125 nəfər yaralanıb.