A+
A–

Bakı, 14 mart, AZƏRTAC
İctimai işlər pensiyaçıların yuxusuzluğuna qarşı ən təsirli mübarizə vasitələrindən biridir. Missuri Universitetinin mütəxəssisləri bu qənaətə gəliblər. AZƏRTAC “medvesti.com” saytına istinadla xəbər verir ki, onlar yuxusu pozulan yaşlı adamlar üçün bu problemin həllinin ən səmərəli üsullarını tapıblar.
Mütəxəssislərin gəldiyi qənaətə görə, ictimai işlər yuxuda olmaq və oyaq qalmaq dövrlərini tənzimləyir. Bilavasitə yatmazdan əvvəl təmiz havada gəzintilər də faydalıdır. Orqanizmin oksigenlə təmin olması sinir sisteminə müsbət təsir göstərir, onu sakitləşdirir.
Mütəxəssislər hesab edirlər ki, yuxu gətirən preparatların müntəzəm qəbulundan imtina olunmalıdır. Həkimlər yuxusuzluğun müalicəsi üçün dərmanları ciddi göstərişlərə uyğun təyin etməlidirlər. Yuxusuzluqla bağlı başqa problemləri orqanizm üçün daha zərərsiz üsullarla həll etmək olar.
AZERTAG.AZ :İctimai işlər pensiyaçıların yuxusuzluğuna qarşı ən təsirli mübarizə vasitələrindən biridir