Sonuncu İlaxır çərşənbəsi günü ölkə prezidenti cənab İlham Əliyevin qardaş Türkiyəyə səfəri bütün türk dünyasında ikiqat bayramdır.

Milli.Az xəbər verir ki, bunu Milli Məclisin üzvü Adil Əliyev bildirib.

"Türkiyənin ağır günlərində edilən bu jest yüksək qiymətləndirilməlidir"

Onun fikrincə, Türkiyənin ağır günlərində edilən bu jest yüksək qiymətləndirilməlidir: "Çünki qardaş ölkəni ən çətin vaxtında tək qoymayan cənab prezidentin bu səfəri kişilik və ərənlik simvolu kimi qiymətləndirilməlidir. Hesab edirəm ki, bu qeyrətli addımı Türk dünyasında alqışlamayan tapılmaz".

"Türkiyənin ağır günlərində edilən bu jest yüksək qiymətləndirilməlidir"

Qeyd edək ki, bu gün Bakıda Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının V iclası keçirilməli idi. Lakin Türkiyənin paytaxtı Ankrada bir ayda ardıcıl iki dəfə törədilən terror aktlarından sonra Türkiyənin dövlər başçısı R.T.Ərdoğan Azərbaycan səfərini təxirə salmışdı. Azərbaycan prezidenti isə əsl dostluq və qardaşlıq jesti olaraq özü Ankaraya səfər edib və Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının V iclası da orada keçirilib.

İlkin İzzət
Milli.Az