A+
A–

Bakı, 15 mart, AZƏRTAC
Türkiyənin “Yeni Yüzyıl” Universitetinin jurnalistika fakültəsinin dekanı, professor Aysel Əzizin rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Dövlət Universitetində (BDU) olub.
BDU-dan AZƏRTAC-a bildiriblər ki, görüşdə jurnalistika fakültəsinin elmi işlər üzrə dekan müavini, dosent Sevinc Əliyeva fakültədə son illər əldə olunan nailiyyətlərdən, xarici universitetlərin jurnalistika fakültələri, o cümlədən Türkiyə universitetləri ilə qurulan əməkdaşlıqdan danışıb.
Professor Aysel Əziz Bakı Dövlət Universitetinin, həmçinin jurnalistika fakültəsinin qazandığı uğurları yüksək qiymətləndirərək, təmsil etdiyi fakültənin də əməkdaşlıqda maraqlı olduğunu vurğulayıb.
Fakültənin professor-müəllim heyəti ilə birgə proqram və layihələrin hazırlanması istiqamətində fikir mübadiləsi aparılıb.
Sonra A.Əziz jurnalistika fakültəsinin tələbələri ilə görüşüb. Türkiyəli alimin “Yeni medianın cəmiyyətlərə təsir imkanları” mövzusunda mühazirəsi maraqla dinlənilib.
AZERTAG.AZ :Birgə proqram və layihələrin hazırlanması istiqamətində müzakirələr aparılıb
Birgə proqram və layihələrin hazırlanması istiqamətində müzakirələr aparılıb
Birgə proqram və layihələrin hazırlanması istiqamətində müzakirələr aparılıb