Bakı. Trend:
İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Xaçmaz rayonunda sahibkarlardan prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayır.
Nazirliyin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə,
İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu 2016-cı il martın 10-da Xaçmaz rayonunun Arzu qəsəbəsində işgüzar forum keçirmişdir. Sahibkarlardan aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib:
- müasir istixana kompleksinin yaradılması;
- intensiv bağçılıq və cins heyvandarlıq təsərrüfatlarının yaradılması;
- süd emalı və şirniyyat məhsullarının istehsalı müəssisələrinin yaradılması;
- ixtisaslaşdırılmış “yaşıl market”in yaradılması.
Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Sahibkarlığa Kömək Milli Fonduna müraciət edə bilərlər.
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 172
Telefon: (012) 434-74-29
Faks: (012) 432-37-17
e-mail: info@anfes.gov.az
Bizi Twitter-dən izləyin: @trend_az