A–
Yevlax, 16 mart, Tahir Ağaməmmədov, AZƏRTAC
Bizim səfərimiz Lənkəran, Astara və Lerik rayonlarını əhatə edəcək. Bildiyimə görə, o yerlərin füsunkar təbiəti, qədim abidələri var. Çay, limon, portağal və başqa subtropik bitkilər becərilir. Ölkəmizin bu bölgəsi haqqında dərsliklərdə oxuduqlarım mənə həmişə maraqlı təsir bağışlayıb.
Bu sözləri AZƏRTAC-a müsahibəsində “Ölkəmizi tanıyaq” tur-aksiyasının iştirakçısı, Yevlax rayon Aran 1 nömrəli tam orta məktəbin XI sinif şagirdi Ayşən Əsədova deyib.
“Cənub bölgəsinə səfərimizin maraqlı və faydalı olacağına inanıram. Tur-aksiya bizə Vətənimizi daha yaxından tanımaq, bildiklərimizi praktik cəhətdən zənginləşdirmək imkanı yaradır. Eyni zamanda, bu səfərdə yeni dostlar qazanacağıq. Bir sözlə, geriyə maraqlı və xoş təəssüratlarla dönəcəyimə əminəm”, - deyə A.Əsədova bildirib.
AZERTAG.AZ :Yevlaxlı məktəbli: Cənub bölgəsinə səfərimizin maraqlı və faydalı olacağına əminəm