A+
A–

Bakı, 16 mart, AZƏRTAC
“Ölkəmizi tanıyaq” tur-aksiyası çox uğurlu layihədir və biz gənclərin ürəyincədir. Adından da göründüyü kimi, layihənin əsas məqsədi Azərbaycanın gündən-günə gözəlləşən bölgələrini, qədim tarixi məkanlarını görmək və tanımaqdır.
AZƏRTAC xəbər verir ki, bu fikirləri tur-aksiya çərçivəsində Naxçıvandan Bakıya gəlmiş məktəbli Zümrüd Qədimova bildirib. O deyib ki, məhz bu layihə əsasında indi biz məktəblilər ölkəmizin hər bir guşəsini qarış-qarış gəzir, tarixi abidələrlə, muzeylərlə yaxından tanış olur, respublikamızda gedən inkişafın canlı şahidinə çevrilirik. Ölkəmizi tanımaq həm də ona görə əhəmiyyətlidir ki, biz gənclər gələcəkdə Azərbaycanı onun hüdudlarından kənarda daha yaxşı təbliğ edə bilək.
Naxçıvanlı məktəbli Heydər Əliyev Mərkəzi, Qız qalası, Şirvanşahlar sarayı, Milli Azərbaycan Tarixi Muzeyi, İncəsənət, Xalça muzeyləri, “Atəşgah” məbədi və digər mədəni-tarixi yerlərlə tanış olmağı səbirsizliklə gözlədiyini bildirib.
AZERTAG.AZ :Zümrüd Qədimova: “Ölkəmizi tanıyaq” tur-aksiyası biz gənclərin ürəyincədir