A–
Şəmkir, 17 mart, AZƏRTAC
Əhməd Cavad adına Şəmkir şəhər tam orta məktəbində “Şahin” hərbi-idman oyununun rayon birinciliyi keçirilib.
AZƏRTAC xəbər verir ki, yarışda Məhəmməd Füzuli adına təbiət təmayüllü liseyin komandası I yerə, Rüstəm Əliyev adına tam orta məktəbin komandası II yerə, Abbaslı kənd 1 nömrəli tam orta məktəbin komandası isə III yerə layiq görülüb.
Qalib komandalar qiymətli hədiyyələr, diplom və fəxri fərmanlarla mükafatlandırılıb.
AZERTAG.AZ :Şəmkirdə “Şahin” hərbi-idman oyununun qalibləri mükafatlandırılıb

