Maliyyə Bazarlarına Nəzarət Palatasına yeni səlahiyyət verilib.
Milli.Az APA-ya istinadən bildirir ki, bu, Azərbaycan prezidenti İlham Əliyevin 17 mart 2016-cı il tarixli "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 4 mart tarixli 137-VQD nömrəli qanununun tətbiqi və "Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli fərmanında dəyişikliklər edilməsi haqqında fərmanında əksini tapıb.
İndiyə qədər pul vəsaitlərinin köçürülməsi ilə məşğul olan poçt xidməti göstərən müəssisələrə münasibətdə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulması ilə bağlı inzibati xətalar haqqında işlərə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi baxıb. Dəyişikliyə əsasən bundan sonra bu inzibati xətalar haqqında işlərə Maliyyə Bazarlarına Nəzarət Palatası baxacaq.
Qeyd edək ki, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulmasına monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər tərəfindən müştərinin, onun nümayəndəsinin və ya benefisiarın eyniləşdirilməsi, verifikasiyası və məlumatın sənədləşdirilməsi ilə bağlı tələblərə riayət olunmaması, eyniləşdirmə sənədlərinin və pul vəsaitləri və ya digər əmlakla əməliyyatlara dair sənədlərin saxlanması ilə bağlı vəzifələrin yerinə yetirilməməsi, hüquqi şəxs olan monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər tərəfindən daxili nəzarət sisteminin tətbiq edilməməsi, yaxud tam tətbiq edilməməsi, monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər tərəfindən nəzarət orqanlarının və ya maliyyə monitorinqi orqanının "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" qanun ilə müəyyən edilmiş hallarda verdikləri yazılı göstərişlərinin vaxtında və ya tam icra edilməməsi, monitorinq iştirakçıları və ya monitorinqdə iştirak edən digər şəxslər tərəfindən məlumatların təqdim edilməsinə və əməliyyatların icra edilməməsinə dair "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" qanun ilə müəyyən edilmiş tələblərin pozulması və monitorinq iştirakçısı və ya monitorinqdə iştirak edən digər şəxslər tərəfindən nəzarət orqanlarının fəaliyyətinə maneələrin yaradılması, o cümlədən sorğulara cavab verilməməsi, tələb olunan sənədlərin və məlumatların təqdim edilməməsi, yanlış məlumatların verilməsi daxildir. Qanunvericiliyin pozulduğu bu hallara görə vəzifəli şəxslər səkkiz yüz manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər səkkiz min manatdan on beş min manatadək məbləğdə cərimə edilirlər.
Milli.Az
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin səlahiyyəti azaldı
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Azərbaycan meyvə-tərəvəz idxalını artırıb
milli.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Sevgidə bəxti gətirən 3 bürc
Bu gün
·
01:15
Türkiyə futbolçuları fitə basıldı
Bu gün
·
00:42
Çin və ABŞ arasındakı razılaşmanın detalları
Bu gün
·
00:27
Saat 10:00-da işıq kəsiləcək - Bu ərazilərdə
Bu gün
·
00:10
Bakıda 16 marşrutun hərəkət sxemi dəyişdirilir
Dünən
·
23:53
Varlı insanlar bu bürclərdən çıxır
Dünən
·
23:37
Bu şəxslər hər ay müavinət ala bilər - SİYAHI
Dünən
·
23:24
Bu ölkənin altındakı yer qabığı parçalanır
Dünən
·
23:18
Evin tək oğlu, şair ruhlu şəhid yad edildi - VİDEO
Dünən
·
23:12
İnternet olmadan işləyəcək - "WhatsApp"da yenilik
Dünən
·
22:47
Yerin 1,1 kilometr altında məhsul yetişdirilir
Dünən
·
22:14
Elektrik saçan balıq: bir toxunuşu insanı iflic edir
Dünən
·
22:03
"Trabzonspor"un ulduzu əməliyyat olundu
Dünən
·
21:55
Türk bəy özündən böyük xanımla evlənmək üçün 10 milyon xərclədi - FOTO
Dünən
·
21:49
4 xarici dil bilən, iki ali təhsilli yeni icra başçısının DOSYESİ
Dünən
·
21:10