A+
A

Bakı, 19 mart, Ramiz Quliyev, AZƏRTAC
Portuqaliyanın məşhur “Porto” futbol klubunun keçmiş prezidenti, 75 yaşlı Manuel Damasio həbs olunub.
AZƏRTAC Vergilər.az saytına istinadla xəbər verir ki, o, çirkli pulların yuyulmasında, beynəlxalq işgüzar münasibətlərlə əlaqədar korrupsiyada və vergi fırıldaqçılığında ittiham edilir. M.Damasio 2014-cü ildən başlanmış cinayət işinin təhqiqatı çərçivəsində saxlanılıb.
Xatırladaq ki, Manuel Damasio 1994-cü ilin yanvarından 1997-ci ilin oktyabrınadək “Benfika” klubunun prezidenti olub.

AZERTAG.AZ :“Porto”nun keçmiş prezidenti vergi fırıldaqçılığında ittiham olunur