A–
Bakı, 19 mart, AZƏRTAC
Azərbaycan Yazıçılar Birliyinin ədəbi orqanı olan “Ulduz” jurnalının mart sayı işıq üzü görüb.
AZƏRTAC xəbər verir ki, jurnal filologiya üzrə fəlsəfə doktoru Vaqif Yusiflinin “Ulduz sevənlərin fevral düşüncələri” adlı ekspert yazısı ilə açılır.
“Özü ilə söhbət...” rubrikasında Ruslan Dost Əlinin yazısı verilib. “Məqam”da tanınmış yazıçı Seyran Səxavətin 70 illik yubileyi “Seyrandan Səxavətlə...” yazısında geniş qeyd olunur.
“Şeir vaxtı”nda Arzu Hüseynin, Əntiqə Səməndərin şeirləri yer alıb. “Tribuna”da Sadıq Elcanlı Elçinin “Baş” romanı haqqında “Köhnə kədər karvanı”nı oxuculara təqdim edir.
Jurnalın əsr bölməsində oxucular Rəşid Bərgüşadlı, İradə Aytel, Narıngül, Qalib Şəfahət, Gülxani Pənah və başqalarının hekayələrini oxuyacaq. “Debüt”də Dəniz Pənah, “Türk eli”ndə Semih İpekdin yazıları dərc olunub. “Hücrə” rubrikasında isə Qəşəm Nəcəfzadə Qabil Ədalətin yaradıcılığından söz açır.
“Yaddaş güzgüsündəki keçmiş”də yazıçı-dramaturq Əli Əmirlinin “Ağdamda nəyim qaldı?” avtobioqrafik romanı barədə düşüncələri dərc olunub.
AZERTAG.AZ :“Ulduz” jurnalının mart sayında…