Türkiyə Nazirlər Kabinetinin İstanbuldakı terror aktıyla bağlı fövqəladə toplantısı keçirilib
Paylaş
68 baxış·1 dəq oxu
Bakı. 19 mart. REPORT.AZ/ Türkiyənin baş naziri Əhməd Davudoğlunun sədrliyi ilə Nazirlər Kabinetinin İstanbuldakı terror aktıyla bağlı fövqəladə toplantısı keçirilib. "Report" xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb. Yığıncaqda Daxili İşlər Nazirliyinin, Səhiyyə Nazirliyinin, İstanbul administrasiyasının, güc strukturlarının rəhbərləri iştirak ediblər. Toplantı 45 dəqiqə çəkib.