A+
A–

Xaçmaz, 20 mart, Elxan Yusifli, AZƏRTAC
Quba-Qusar-Xaçmaz marşrutu üzrə ekskusiyamız bu gün yekunlaşdı. “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində bölgənin görməli yerləri ilə tanış olduq. Biz ekskursiyada başqa rayonları təmsil edən məktəblilərlə birlikdə xoş anlar keçirdik. Çoxlu yeni dostlar qazandıq.
Bu fikirlər “Ölkəmizi tanıyaq” devizi ilə təşkil edilən maarifləndirici tur-aksiyaya Agsudan qatılan məktəbli İsa Əliyev söyləyib. Ağsu məktəblisi dörd gün ərzində Quba, Qusar və Xaçmaz rayonlarının görməli yerləri ilə tanış olmaq imkanı verən tur-aksiyada iştirakına görə ölkə başçısına minnətdarlığını bildirib.
O daha sonra deyib: “Biz müasir turizm obyektlərini və tarixi abidələri, ölkəmizin bölgələrində gedən sürətli sosial-iqtisadi inkişafı öz gözlərimizlə gördük. Bu səyahət bizdə yüksək əhval-ruhiyə yaratdı. Əminəm ki, tur-aksiya təhsildə yaxşı nailiyyət əldə etməyimizə də stimul olacaq”.
AZERTAG.AZ :Ağsu məktəblisi: Tur-aksiya zamanı biliklərlə yanaşı, çoxlu dost qazandıq