A+
A–

Bakı, 21 mart, AZƏRTAC
“Unibank”ın beynəlxalq maliyyə tərəfdaşları siyahısına daha bir təşkilat əlavə olunub.
Bankdan AZƏRTAC-a bildirilib ki, “Unibank” dünyanın nüfuzlu və nəhəng maliyyə qurumlarından olan “Unicreditgroup”la əməkdaşlığa başlayıb. Bu, bankın korporativ müştəriləri üçün daha bir imkan deməkdir. Beynəlxalq ticarətlə məşğul olmaq istəyən korporativ müştərilərin ticarət əməliyyatları “Unicreditgroup” tərəfindən dəstəklənəcək. Bu əməkdaşlıq bankın sənədli əməliyyatlar və ticarətin maliyyələşdirilməsi üzrə tərəfdaşlar şəbəkəsini davamlı genişləndirməsinin daha bir göstəricisidir. “Unicreditgroup” tərəfindən ayrılan kredit xətti sənədli əməliyyatları biznes üzrə müştərilərə göstərilən xidmətlərin səmərəliliyinin artırılmasına imkan verəcək. “Unibank” bu xidmətdən istifadə edən korporativ müştərilərinə maliyyə dəstəyi də göstərəcək.
Qeyd edək ki, “Unicreditgroup” – Avropa ölkələrində və dünyada 50-yə yaxın geniş bank şəbəkəsi olan ən böyük maliyyə qruplarındandır. Mərkəzi və Şərqi Avropada böyük beynəlxalq bank şəbəkəsinə malik qrupun, bir çox postsovet ölkələrində də törəmə bankları mövcuddur.
AZERTAG.AZ :“Unibank” dünyanın nüfuzlu maliyyə qurumu ilə əməkdaşlığa başlayıb