A+
A

Gəncə, 21 mart, Rauf Hacıyev, AZƏRTAC
Gəncə Musiqi Kollecinin “Gənc qığılcımlar” ansamblı bir çox müsabiqə və festivallarda iştirak edərək dəfələrlə fəxri yerlərə layiq görülüblər.
Ansamblın üzvləri martın 17-20-də Sankt-Peterburq şəhərində keçirilən “Neva damlası” Uşaq və Gənclərin V Beynəlxalq Yaradıcılıq Festival-Müsabiqəsində iştirak edərək birinci yeri tutublar.
Bədii rəhbəri Əməkdar Artist Zərinə Allahverdiyeva olan skripkaçılar festival-müsabiqədə Qara Qarayevin “İldırımlı yollarla” baletindən rəqs, Fikrət Əmirovun “Min bir gecə” baletindən “Quldurlar rəqsi” və Georgi Sviridovun “Vals”ını ifa ediblər. Hər üç əsər istər münsiflər heyəti, istərsə də tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb və ifaçılar festival-müsabiqənin birinci dərəcəli diplomuna və kubokuna sahib olublar. Həmçinin ansamblın iki üzvü müsabiqə-festivalın ən yaxşı skripkaçısı və konsertmeyestri diplomunu qazanıb.
Martın 20-də Gəncəyə qayıdan “Gənc qığılcımlar” ansamblının üzvləri şəhərin beynəlxalq aeroportunda coşqu ilə qarşılanıblar.
AZERTAG.AZ :Gəncənin “Gənc qığılcımlar” ansamblı beynəlxalq festival-müsabiqənin qalibi olub
Gəncənin “Gənc qığılcımlar” ansamblı beynəlxalq festival-müsabiqənin qalibi olub
Gəncənin “Gənc qığılcımlar” ansamblı beynəlxalq festival-müsabiqənin qalibi olub