Bu ilin iki ayında Naxçıvana 41 mindən çox turist gəlib
Paylaş
42 baxış·1 dəq oxu
Bakı. 24 mart. REPORT.AZ/ Bu ilin yanvar-fevral aylarında Naxçıvan Muxtar Respublikasına 41 min 825 nəfər turist gəlib. Bu barədə "Report" muxtar respublikanın Dövlət Statistika Komitəsinə istinadən məlumat verir. Qeyd olunan göstərici 2015-ci ilin müvafiq dövründəki göstəricidən 3,3 faiz və ya 1349 nəfər çoxdur.