Azərbaycanın premium kinoteatrı "CinemaPlus" Warner Brothers studiyasının istehsalı olan ən gözlənilən fantastik "Betmen Supermenə qarşı: Ədalət çağında" filminin nümayişinə başlayıb.
Heç kəs fikirləşə bilməzdi ki, zəif və günahsızların müdafiəçiləri ölümcül döyüşdə üz-üzə gələcəklər. Heyranlıq gətirən qəhrəmanlar qəfildən düşmən olublar.
Filmin rejissoru Zak Snayder təsdiqləyib ki, filmin süjeti Frenk Millerin "Qara cəngavərin qayıdışı" komikslərinin seriyasına əsaslanıb. Cani kimi çıxış edənlərdən biri tanınmış Leks Lüterdir, onun rolunu Cessi Ayzenberq oynayıb. Supermen rolunda Henri Kavill çıxış edib, Betmeni isə ekranda Ben Afflek əks etdirib. Möcüzə qadın Qal Qadot olub, Akvamen isə - Ceyson Momoa.
Super qəhrəmanın hərəkətlərinin nəzarətsiz qalacağından qorxan Qotem Sitinin keşikçisi bütün dünyanın əslində hansı qəhrəmanın ona lazım olduğunu qərarı verdiyi an müasir dövrün ən çox hörmət bəslənən, Metropolisin xilaskarına çağırış edir. Betmen və Supermenin bir-biriləri ilə müharibə vəziyyətində olduqları vaxt bəşəriyyətin indiyədək qarşılaşmadığı bir təhlükə yaranır. Dəmirdən olan adam Qara cəngavər ilə qarşılaşacaq.
"CinemaPlus" kinoteatrı hər zaman sizə xoş sürprizlər etməyə və kino tarixində olan ən yaxşı premyeralar ilə sevindirməyə hazırdır.
"CinemaPlus" Azadlıq prospekti 45 ünvanında, 28-mall Ticarət mərkəzinin 5-ci mərtəbəsində yerləşir.
Qeyd etmək istəyirik ki, Azərbaycanın premium kinoteatrı "28 Cinema" adını dəyişib. Kinoteatrın yeni adı - "CinemaPlus"dır.
Filmin treyleri bu ünvanda:
https://www.youtube.com/watch?v=GbK7ZiBs1Rg