Azərbaycanda daha bir zorlama faktı qeydə alınıb.
Lent.az xəbər verir ki, qafqazinfo-nun hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, dünən 17 yaşlı qız Qaradağ rayon Polis İdarəsinə müraciət edərək zorlandığını bildirib.
Təcavüzə məruz qaldığını iddia edən qız hadisənin ötən ilin may ayında olduğunu deyib. Ələt qəsəbəsi Füzuli küçəsində yaşayan 1997-ci il təvəllüdlü F.M ərizə ilə müraciət edərək bildirib ki, 2014-cü ilin may ayında yaşadığı evdə tanıdığı Əlifağa adlı şəxs zorla onunla cinsi əlaqədə olub.
Qaradağ Rayon Polis İdarəsi 11-ci Polis Bölməsindən məlumatı təsdiqləyiblər. Bildirilib ki, Əliağa adlı şəxs qızın qardaşının qayınatasıdır.