Türkiyənin baş naziri Ahmet Davutoğlu “Dost Məclis Yeməyi”ndə məşhurlarla bir araya gəlib.

Axşam.az-ın “Hürriyet”ə istinadən məlumatına görə, Dolmabahçedə baş tutan məclisdə siyasət aləminin nümayəndələri ilə yanaşı, məşhur aktyor və müğənnilər də iştirak ediblər.

70-dək qonağın olduğu gecədə baş nazirin qızı Səfurə Davutoğlu başda olmaqla, Ediz Hun, Perihan Savaş, Necati Şaşmaz, Sərdar Ortaç, Mustafa Ceceli, Ferhat Göçer, Şafak Sezer, Alişan kimi məşhurlar yer alıblar.