Bakı. 27 mart. REPORT.AZ/ Martın 25-də Bakı metrosunda saxlanılan Belarus vətəndaşına qarşı hələ ki, ittiham irəli sürülməyib. Belarusun Azərbaycandakı səfirliyi məsələ ilə sıx məşğul olur.
"Report" xəbər verir ki, bunu Belarus Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Dmitri Mironçik bildirib.