Hindistanın Madhya-Pradeş ştatının Sinqrauli bölgəsində 34 yaşlı ibtidai məktəb müəllimi Satya Narayan Verma həbs olunub. O, 6 yaşlı şagird qızı zorlamaqda suçlanır.

Milli.Az Oneİndia-ya istinadən bildirir ki, polisdən verilən məlumata görə, 2-ci sinifdə oxuyan 6 yaşlı qız ev tapşırıqlarını yerinə yetirmədiyi üçün Verma hisrlənib. O, qızı sinifdən qovub və məktəbin həyətinə yollayıb.
Daha sonra özü də həyətə çıxan Satya Narayan Verma 6 yaşlı şagird qızı məktəbin arxasındakı ağaclığa apararaq orada təcavüz edib.

Günün ən iyrənc xəbəri: müəllim 6 yaşlı qızı zorladı

Bundan sonra qızı hədələyən müəllim "Bir adama desən, öldürərəm!" söyləyib.
Axşam saat 18 radələrində məktəbdən evə qayıdan qız yatağa uzanıb, yatıb. Həmin vaxt valideynlər evdə olmayıblar. Gecə saatlarında evə qayıdan valideynlər qızın yatağında qan ləkələri görüblər. Anası qızını yuxudan oyadıb, uşaq başına gətiriləni danışıb.

Ertəsi gün qız xəstəxanaya aparılıb, valideynlər isə polisə şikayətləniblər.
Hindistanın paytaxtı Dehlidə isə azyaşlılara təcavaüzlə bağlı son 48 saatda 3 cinayət qeydə alınıb. Təcavüzə məruz qalmış qızlar 3-8 yaş arasındadır. 3 yaşlı qız zorlanandan sonra qətlə yetirilib.

The Hindustan Times bildirir ki, Dehlinin qərb həndəvərində, yoxsulların yaşadıqları Bhimray səmtində 35 yaşlı kişi 3 yaşlı qızı evinə apararaq orada zorlayıb.
Dehlinin cənub-qərbində 45 yaşlı kişi isə kirayədə qaldığı evin sahibinin 4 yaşlı qızına təcavüz edib.
Şəhərin şərqində, Kedakala səmtində isə 19 yaşlı Çanbrabhukan adlı şəxs 8 yaşlı qızı zorlayandan sonra qurbanının başını kəsib.

Milli.Az