"Xəzər Lənkəran"ın və "Beşiktaş"ın sabiq futbolçusu Ahmet Dursun 38 yaşında karyerasını bərpa edib.

Milli.Az qafqazinfo-ya istinadən bildirir ki, o, İstanbul 2-ci həvəskar liqa təmsilçisi "Böyükdərəspor" klubu ilə müqavilə bağlayıb.

Qeyd edək ki, Ahmet Dursun 2009-2010-cu illərdə "Xəzər Lənkəran"ın formasını geyinib.

Milli.Az