“Report” İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Fond sahibkarlardan cins heyvandarlıq və arıçılıq təsərrüfatlarının (o cümlədən sənaye üsulu ilə balın emalı), pendir, çörək və şirniyyat məhsullarının istehsalı müəssisələrinin yaradılması istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edib.
Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə SKMF-ya (Ünvan: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 172, telefon: (012) 434-74-29, Faks: (012) 432-37-17, e-mail:info@anfes.gov.az) müraciət edə bilərlər.
Qeyd edək ki, Fond martın 17-də Yevlax şəhərində müvəqqəti məskunlaşan Kəlbəcərdən olan məcburi köçkün sahibkarlarla işgüzar forum keçirib.