[ 19 Fevral 2015 16:30 ]


Bakı – APA. Ukrayna Müdafiə Nazirliyi Debaltsevoda gedən döyüşlər zamanı azı 90 hərbçinin əsir düşdüyünü açıqlayıb.

APA-nın “112.ua” saytına istinadən verdiyi məlumata görə, Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Debaltsevo platsdarmı cəbhələrinin birində düşmən qüvvələri ilə qeyri-bərabər döyüşdə Ukrayna Silahlı Qüvvələrinin 90-dan çox hərbi qulluqçusu əsir düşüb.

Xatırladaq ki, Minsk sazişinə əsasən tərəflər bütün əsirləri qarşılıqlı şəkildə azad etməlidir.