ANS PRESS-in Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, əməliyyat Nəsimi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilib.
Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 9-da Yunanıstan vətəndaşı Petropoulos Andreas Chirsanthosun kredit kartındakı hesabından 2750 manatını çıxaran Bakı şəhər sakini Hüseyn Əliquliyev tutulub.
Araşdırmalar zamanı məlum olub ki, saxlanılan şəxs əvvəllər də məhkumluq həyatı yaşayıb.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır. Mənbə
ANS PRESS