A+
A–

Bakı, 29 mart, AZƏRTAC
Gəncləri investisiyalaşdırmaq təkcə gələcəyə qoyulan investisiya deyil, həm də yaxın 15 ildə sabit inkişaf məqsədlərinin uğurlu icrasının təməlidir. Bu, BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının (ESKATO) məruzəsindəki əsas nəticədir.
AZƏRTAC BMT Xəbər Mərkəzinə istinadla xəbər verir ki, məruzə müəllifləri 2030-cu ilədək olan dövrdə sabit inkişaf sahəsində gündəlikdəki məsələnin həyata keçirilməsinə gənclərin cəlb edilməsinin Asiya-Sakit okean regionuna yalnız fayda verəcəyinə əmindirlər. Bu gün bölgədə 700 milyon gənc yaşayır və bu, dünya əhalisinin 15-dən 24 yaşadək olan əhalisinin 60 faizi deməkdir. ESKATO ekspertlərinin fikrincə, əhalinin bu təbəqəsinin hüquq və imkanlarının genişləndirilməsi dinc və sabit inkişafa kömək edəcək.
Hazırda təhsilin əlçatımlığı və lazımi peşə vərdişlərinin əldə edilməsi sahələrində mövcud maneələrin aradan qaldırılması gənclər arasında işsizlik və yoxsulluğun miqyasını azalda bilər. BMT-nin hesablamalarına görə, bu gün Cənubi Asiyada işləyən gənclərin 21,6 faizi gündəlik 1,25 dollar qazanır.
AZERTAG.AZ :BMT: Sabit gələcək naminə gəncləri investisiyalaşdırmaq lazımdır