[ 19 Fevral 2015 17:24 ]
Bakı. Fərid Mirzəyev -
Bunu APA-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidməti Geoloji Planlama Ekspedisiyasının ekzogen geoloji proseslərin öyrənilməsi partiyasının rəisi Sadiq Əmiraslanov deyib.
Onun sözlərinə görə, ən böyük sürüşmə sahəsi Lənkəran-Lerik şose yolunun 17-ci kilometrliyindədir: “Lənkərandan Lerikə, şəhərin mərkəzinə qədər yolun uzunluğu 54 kilometrdir. Yolda ən böyük sürüşmə sahəsi 17-ci kilometrlikdədir. Bundan başqa, 27-ci, 29-cu, 34-cü və 40-cı kilometrliklərdə yamacda müəyyən aşınmalar baş verir”.
Qeyd edək ki, fevralın 17-dən başlayan intensiv yağışlar və qar Lənkəran-Lerik şosesində yenidən torpaq sürüşmələrinə səbəb olub.