Roman Qriqorçuk AZAL-la oyunla (1:2) bağlı fikirlərini bildirib. Fanat.azxəbər verir ki, "Qəbələ"nin baş məşqçisi bunları deyib:
“Oyunun gedişində nəyisə dəyişmək, rəqibin tempi artırmaq cəhdinə hazır olmaq barədə çox danışmışam. Rəqibin oyunda dönüş yaratmaq istəyinə hazır olmaq lazımdı. Birinci hissədə kifayət qədər yaxşı oynadıq. Bu üzdən dəyişikliklərə ehtiyac yox idi. Fasilədə də dəyişikliklər və oyun planında düzəliş etməklə bağlı tapşırıqlar çox vermədik. Heyəti müəyyənləşdirərkən qeyri-adi heç nə baş verməyib. Hər matçda olduğu kimi, meydana ən hazırlıqlı futbolçular çıxmışdı”.
Fanat.az