Bakı. Trend:

Daxili İşlər Nazirliyi (DİN) martın 29-da Salyan şəhərində baş vermiş yol qəzası nəticəsində itkin düşən şəxslərin meyitlərinin tapılması barədə məlumat yayıb.

Trend DİN-in saytına istinadən xəbər verir ki, hadisə nəticəsində Akkuşa çayına aşmış “KamAZ” markalı avtomobil sudan çıxarılıb.

Həmin gün avtomobili idarə edən Qobustan rayon sakini Araz Qaçayevin və sərnişini Bakı şəhər sakini Mahir Həbibovun meyitləri sudan çıxarılıblar.

Bizi Twitter-dən izləyin: @trend_az