A–
İstanbul, 1 aprel, AZƏRTAC
Türkiyədə istehsal olunan yeni nəsil təlim təyyarəsinin sınaq uçuşu uğura başa çatıb.
Türkiyənin Aviasiya və Kosmuk Sənaye (TUSAŞ) Şirkəti tərəfindən istehsal olunan bu təyyarə “HÜRKUŞ-A” adlandırılıb. Avropa Mülki Aviasiya Təşkilatının (EASA) mühəndis və pilot heyəti yeni hava gəmisinin müasir standartlara uyğun olunduğunu təsdiqləyib.
EASA tərəfindən “HÜRKUŞ-A”-ya istehsal sertifkatı verilib.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
AZERTAG.AZ :Türkiyədə yeni nəsil təlim təyarəsinin sınaq uçuşu keçirilib