A–
Bakı, 31 mart, AZƏRTAC
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən mütəmadi olaraq cəmiyyətin diqqətinin ailə məsələlərinə yönəldilməsi, ailə dəyərlərinin qorunub saxlanılaraq gələcək nəsillərə ötürülməsi, gənclərin ailə həyatına hazırlığı, sağlam həyat tərzinin təbliği istiqamətində müxtəlif tədbirlər həyata keçirilir.
Komitədən AZƏRTAC-a bildiriblər ki, aprelin 1-də Quba rayonundaki Sosial İqtisad Kollecində Komitə tərəfindən əhalinin, xüsusilə gənclərin insan alveri, erkən nikah və qan qohumları arasında bağlanan nikahların yaratdığı fəsadlar barəsində və sağlam həyat tərzinin təbliği məqsədilə “Sağlam həyat naminə erkən nikaha YOX deyək!” adlı genişmiqyaslı maarifləndirmə layihəsi keçiriləcək.
Tədbirdə ekspertlərin iştirakı ilə erkən nikah halları və onların yaratdığı fəsadlar mövzularında müzakirələr təşkil olunacaq.
AZERTAG.AZ :“Sağlam həyat naminə erkən nikaha YOX deyək!” adlı genişmiqyaslı layihə davam edir