“Bakı-2015” Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri üçün ikinci brifinq təşkil edib

“Bakı-2015” Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri üçün ikinci brifinq təşkil edib
21:53 19 Fevral 2015
84 İdman
Ölkə mətbuatı
A- A+


Bakı, 19 fevral, AzərTAc
Fevralın 19-da “Bakı-2015” ilk Avropa Oyunları Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun rəhbərləri üçün ikinci brifinq təşkil edib.
“Bakı-2015”dən AzərTAc-a bildiriblər ki, Əməliyyat Komitəsinin rəhbər şəxsləri ilk Avropa Oyunlarının keçirilməsinə az müddət qaldığı bir vaxtda əldə edilmiş irəliləyişlər və bu mötəbər yarışın Azərbaycan xalqına qoyacağı irs haqqında diplomatik korpusun nümayəndələri qarşısında təqdimatlarla çıxış ediblər.
Birinci Avropa Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru, gənclər və idman naziri Azad Rəhimov deyib ki, ikinci diplomatik brifinq “Bakı-2015” kollektivinə Avropa Oyunlarına gedən yolda əldə edilmiş nailiyyətlər haqqında diplomatik ictimaiyyəti məlumatlandırmaq imkanı verir. Biz Oyunlara ev sahibliyi etməklə Bakının işgüzar və mədəni mübadilələr üçün açıq, müasir və dinamik şəhər olduğunu, gündən-günə daha da inkişaf etdiyini bütün dünyaya göstərmək istəyirik.
Sonra Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Dövlət Protokol İdarəsinin əməkdaşı Ruslan Abdullayev çıxış edib.
“Bakı-2015” Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq Avropa Oyunlarına hazırlıq prosesində əldə edilmiş nailiyyətlər haqqında məlumat verib. O, diplomatik korpus rəhbərlərini hazırlıq işləri və ilk Avropa Oyunlarından gözləntilərlə bağlı məlumatlandırmağın əhəmiyyətini xüsusi vurğulayıb. Bizim üçün diplomatik ictimaiyyət əsas maraqlı tərəf qrupudur. Bu səbəbdən də belə mühüm tədbir ərəfəsində Bakının həmişə olduğundan daha çox tamaşaçı qəbul edəcəyini nəzərə alaraq onlarla sıx əməkdaşlığa ümid bəsləyirik. Oyunlarda mümkün qədər çoxlu sayda azarkeşin iştirak edə bilməsi üçün diplomatik missiya təmsilçiləri ilə açıq dialoqu davam etdirəcəyik.
Avropa Oyunları Əməliyyat Komitəsinin baş ofisində keçirilən tədbirdə Azərbaycanda olan 68 diplomatik missiyadan 80-dən çox nümayəndə iştirak edib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Baki_2015_Azerbaycanda_akkredite_olunmus_diplomatik_korpusun_numayendeleri_uchun_ikinci_brifinq_teskil_edib-833540

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR