Videoreklam 12 milyard dollara çatacaq

Videoreklam 12 milyard dollara çatacaq
22:27 19 Fevral 2015
Ölkə mətbuatı
A- A+

2018-ci ilədək ABŞ-da mobil videoreklam bazarının həcmi 4 dəfə artaraq 6 milyard dollara çatacaq. 2018-ci ildə ABŞ-da mobil videoreklama xərclər 6 milyard dollar təşkil edəcək.
 
Xatırladaq ki, 2014-cü ildə bu göstərici 1,5 milyard dollar olub. Bu haqda Inneractive şirkətinin tədqiqatına istinadən Techcrunch nəşri yazıb. Bu halda 2018-ci ilədək müvafiq qlobal videoreklam xərcləri 12 milyard dollar təşkil edəcək.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, tədqiqat müəlliflərinin fikrincə, internetin sürətinin və nüfuzetmə səviyyəsinin artımı, həmçinin 4G smartfon istifadəçilərinin sayının artımı sayəsində mobil reklam bazarı çox sürətli inkişaf edəcək.
 
Bundan başqa, sözügedən bazarın inkişafına təkan mobil proqramlarda videoreklamların populyarlaşmasına səbəb olacaq.
 
Videoreklamların populyarlığının artmasına daha bir səbəb planşet və fabletlərin geniş yayılması olacaq. Belə ki, 2014-cü ildə ABŞ-da 123 milyon planşet istifadəçisi qeydə alınıb ki, onların 113 milyonu ən azı ayda bir dəfə qurğularında videoreklam izləyib. Tədqiqatçıların proqnozuna görə, 2018-ci ilədək 171 milyon planşet sahibindən təxminən 149 milyonu müntəzəm olaraq öz qurğularında videoreklam izləyəcək.
 
Milli.Az
 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/hitech/325460.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR