Polşada keçirilən ənənəvi mini futbol turnirində “Qarabagh FC” komandası uğurla çıxış edir

Polşada keçirilən ənənəvi mini futbol turnirində “Qarabagh FC” komandası uğurla çıxış edir
22:33 19 Fevral 2015
56 İdman
Ölkə mətbuatı
A- A+


Bakı, 19 fevral, AzərTAc
Polşada təhsil alan azərbaycanlı tələbələr tərəfindən yaradılan “Qarabagh FC” mini futbol komandası ötən il dekabrın 5-də Vrotslav şəhərində start verilən “Wrocbal” ənənəvi turnirində uğurla çıxış edir.
Azərbaycanın Polşadakı səfirliyindən AzərTAc-a bildiriblər ki, turnirdə 21 komanda iki qrupda mübarizə aparır.
Turnirdə keçirdiyi altı görüşün hamısında qalib gələn “Qarabagh FC” hazırda 18 xalla “B” qrupunda mübarizə aparan 11 komanda arasında 1-2-ci yerləri bölüşür. Komandanın məğlub etdiyi komandalar arasında ötən mövsümün qalibi “MOİKO”, Vrotslav futbol akademiyasını təmsil edən “FC Wroclaw Academy”, turnirin favoritlərindən sayılan “Fulanito Ft Burger Ltd” kollektivləri də var.
“Qarabagh FC” komandasının heyətində Vrotslavda təhsil alan tələbələrlə yanaşı, digər xarici ölkələrin nümayəndələri də mübarizə aparırlar. Turnirdə komandanın heyətində həmyerlilərimizdən Murad Məmmədli (kapitan), Əliağa Mürsəlzadə, Anar Hüseynov, Turan Həsənli çıxış edirlər. “Qarabagh FC”nın qələbəsi üçün Mohammed Alobaidi (Səudiyyə Ərəbistanı), Zakariya Lbouhmadi (Mərakeş), Tomasso Aquzzi, Edoardo Amadori (hər ikisi İtaliya), Luis Karlos Batista Da Silva, Marselo Vale Pereira (hər ikisi Portuqaliya), Fernando Qarsia De Roxas, Eduardo Lopez Zapata (hər ikisi İspaniya) da mübarizə aparırlar.
Komandanın yaradılmasında əsas məqsəd həmyerlilərimizlə birgə xarici tələbələrin də “Qarabağ” adı altında uğurlu nəticə göstərərək bu adı layiqincə təmsil etməkdir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Polsada_kechirilen_enenevi_mini_futbol_turnirinde_Qarabagh_FC_komandasi_ugurla_chixis_edir-833551

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR