Rusiyanın 330 mindən çox vətəndaşı ABŞ-da yaşamaqdan ötrü 2016-cı ildə "Green gard" lotereyasında iştirak etmək üçün müraciət edib.
Milli.Az report-a istinadən bildirir ki, bunu ABŞ-ın Rusiyadakı səfirliyinin mətbuat katibi Uilyam Stivens deyib.
Onun sözlərinə görə, bu rəqəm 2015-ci illə müqayisədə 24 faizdən çoxdur: "Ötən il müraciət edib, qeydiyyata düşənlərin sayı 268 mindən çox olub".
Məlumatda bildirilib ki, ABŞ-da müxtəlif dövlət proqramlarında hər il yarım milyondan çox qanuni miqrant iştirak edir. Belə proqramlardan biri də "Diversity Immigrant Visa" ("DV"-lotereya). Bu lotereya "qrin kart"dır. Lotereyada istənilən şəxs pulsuz iştirak edə bilər.
Milli.Az