Hindistanda beynəlxalq xidmətlər sərgisi keçiriləcək
Paylaş
39 baxış·1 dəq oxu
Bakı. 1 aprel. REPORT.AZ/ Hindistanda 2-ci Beynəlxalq Xidmətlər sərgisi keçiriləcək. Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) “Report”a verilən məlumata görə, sərgi aprelin 20-dən 23-dək Nyu-Dehli şəhərində baş tutacaq. Azərbaycanda fəaliyyət göstərən sahibkarlar və işgüzar dairələr sərgidə iştiraka dəvətlidirlər. Tədbir haqqında daha ətraflı məlumat əldə etmək istəyənlər Azpromo-ya müraciət edə bilərlər.