“Bank of Baku” sadiq müştərilər üçün komissiyasız kredit təklif edir

“Bank of Baku” sadiq müştərilər üçün komissiyasız kredit təklif edir
12:53 20 Fevral 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 20 fevral, AzərTAc
“Bank of Baku” daimi müştəriləri olan “Dostlar Klubu”nun üzvləri (bankla ən azı 12 ay əməkdaşlıq edən və müsbət tarixçəyə malik olan “Dostlar Klubu” kartının sahibləri) üçün “Komissiyasız kredit” kampaniyası elan edir.
Bankdan AzərTAc-a bildiriblər ki, müştərilər banka müraciət edərək ona düşən komissiyasız kredit məbləği barədə məlumat əldə edə bilərlər. Banka iş yerindən arayış, o cümlədən elektron hökumət portalından çıxarış, maaş kartı hesabından rəsmi çıxarış və ya gəlirlərini təsdiq edən digər sənədlər və şəxsiyyət vəsiqəsi ilə müraciət edən “Dostlar Klubu”nun üzvləri bu kampaniyadan faydalana bilər.
Kampaniya 20-27 fevral tarixlərində еtibarlıdır.
Qeyd edək ki, “Dostlar Klubu” – “Bank of Baku” ilə 12 ay və daha artıq müddətə əməkdaşlıq edən və müsbət kredit tarixçəsinə malik müştərilər üçün imtiyazlar təqdim edən klubdur. Kluba üzv olanlar xüsusi bonuslar əldə edərək sərfəli faizlə nağd kredit əldə edir, təcili hallar üçün ekspress kredit xəttindən faydalanır, pulsuz mobil telefon danışığı hüququndan istifadə edir. “Dostlar Klubu”nda hazırda 200 mindən çox “Bank of Baku”nun müştərisi təmsil olunur. Daha ətraflı məlumat üçün: 145-ə zəng etmək və ya www.facebook.com/bankofbaku sosial şəbəkə səhifəsinə daxil olmaq lazımdır.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Bank_of_Baku_sadiq_musteriler_uchun_komissiyasiz_kredit_teklif_edir-833605

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR