Bunu "Report"a açıqlamasında Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib. O, görüşlə bağlı daha ətraflı dəyərləndirməni Rusiyanın xarici işlər naziri Sergey Lavrovun danışıqlardan sonra mətbuat konfransında etdiyini əlavə edib.
Xatırladaq ki, bu gün Bakıda Azərbaycan, Rusiya və İran xarici işlər nazirlərinin üştərəfli görüşü keçirilib. Tərəflər qarşılıqlı əməkdaşlıq, gündəlikdə dayanan aktual regional məsələləri müzakirə ediblər.