Jurnalistlər Təhsil Nazirliyinin təşkil etdiyi media-tur çərçivəsində Tərtərin Qapanlı kəndində olublar

Jurnalistlər Təhsil Nazirliyinin təşkil etdiyi media-tur çərçivəsində Tərtərin Qapanlı kəndində olublar
13:52 20 Fevral 2015
59 Digər
Ölkə mətbuatı
A- A+

[ 20 Fevral 2015 13:45 ]


Bakı. Könül Kamilqızı – APA. Təhsil Nazirliyinin Xocalı soyqırımının 23-cü ildönümü ərəfəsində cəbhəyanı ərazilərdəki təhsil müəssisələrinə təşkil etdiyi media-tur çərçivəsində 40-dan çox media nümayəndəsi düşmənlə sərhəddə yerləşən Tərtərin Qapanlı kəndində olub.

 

APA-nın məlumatına görə, onlar kənd orta məktəbində dərslərdə iştirak ediblər, bu kəndin yetirmələri olan və şəhid olmuş şəhidlərin fotoları ilə tanış olublar.

 

Qeyd edək ki, bu kəndin 24 sakini şəhid olub. Onlardan 19-u Qapanlı kənd orta məktəbinin məzunlarıdır.

 

Media nümayəndələri bu məktəbin yetirməsi olan polkovnik Elnur Məmmədovla da görüşüblər.

 

Həmçinin kənd orta məktəbinin şagirdləri və media nümayəndələrinin iştirakı ilə N saylı hərbi hissədə tədbir keçiriləcək. Onlar hərbçilərin döyüş hazırlığı ilə tanış olduqdan sonra onlarla birgə nahar edəcəklər. 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/373495

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR