Xocalı faciəsi haqqında tamaşa italyan aktyorlar tərəfindən səhnələşdirilib (FOTO)

Xocalı faciəsi haqqında tamaşa italyan aktyorlar tərəfindən səhnələşdirilib (FOTO)
15:13 20 Fevral 2015
111 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 20 fevral /Trend, müxbir Elçin Mehdiyev/

İtaliyanın Milan şəhərinin ən böyük teatrlarından birində - "Teatro Filodramattici"-də Xocalı facisəni təkcə bir epizodla, amma dəhşəti tam əks etdirən "Xocalıda Qırmızı Mələk" tamaşası səhnələşdiriləcək. Tamaşanı tanınmış italyan aktyorlar hazırlayıb. Tamaşa italyan dilində olacaq.

Trend-in məlumatına görə, Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə gerçəkləşəcək tamaşanın elanları bütün Milanda 2 həftədir yayılır.

Dünən səhərdən isə Milan şəhər nəqliyyatına məxsus 166 nəqliyyat vasitəsi xəttə (avtobus və tramvaylar) Xocalı faciəsi haqqında stikerlərlə çıxıblar.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/karabakh/2366489.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR