Yalnız bu ölkədə saat sağdan sola işləyir

Yalnız bu ölkədə saat sağdan sola işləyir
15:56 20 Fevral 2015
112 Şou
Ölkə mətbuatı
A- A+

Dünyanın yalnız bir ölkəsi istisna olmaqla, qalan bütün dövlətlərdə saatın əqrəbləri soldan sağa doğru hərəkət edir.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, hələ qədim dövrdə misirlilər günəşin çıxıb-batma hərəkətinə uyğun saat yaradıblar və əqrəblərin istiqamətini ona uyğun düzəldiblər. Boliviyada isə saatlar sağdan sola doğru işləyir. Dəyişiklik La Pas şəhərindəki parlament binasının saat qülləsindən başlanılıb.

Prezident Eva Maralesin göstərişi ilə bütün əqrəblər və saniyəölçənlər əks istiqamətdə hərəkət etdirilir. Bunu isə bəziləri Cənub yarımkürəsində günəşin sağdan çıxıb soldan batması, digərləri isə boliviyalıların müstəqilliyini bu cür ifadə etmələri ilə əlaqələndirir.


Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=26835

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR